Ledi Qaqanın itlərini oğurlayan şəxsə görün hansı cəza verildi

7 Dekabr 2022 02:50 (UTC+04:00)

ABŞ-lı müğənni Ledi Qaqanın iki itini baxıcı gəzdirərkən qaçıran şəxslərdən biri Ceyms Hovard Ceksonın cəzasız bəlli olub. SİA xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs 21 il həbs cəzasına məhkum edilib.

2022-ci ilin əvvəlində həbsxanadan qaçdıqdan 5 ay sonra yenidən yaxalanan Ceyms Hovard Ceksonun 21 il həbs cəzasına məhkum edildiyi bildirilib. İtləri qaçırmaq istəyərkən baxıcıları Fişeri yaralayan Cekson oğurluq və öldürməyə cəhddə mühakimə olunub.