İşləyən hər 5 nəfərdən 1-i çalışdığı yerdə zorakılığa məruz qalır

6 Dekabr 2022 16:59 (UTC+04:00)

BMT-nin araşdırmalar nəticəsində hazırlanan nesabatına görə buna səbəb iqtisadi, sosial və mədəni amillərdən qaynaqlanan problemlərdir.

SİA-nın əldə etdiyi məlumata görə, hesabatda qeyd edilib ki, dünya üzrə qurbanların yalnız 5 faizi öz yaşadıqlarını başqa bir şəxsə açıqlayıb.

Qlobal miqyasda işləyən kişi və qadınların 17,9 faizi iş həyatının hansısa məqamında psixoloji zorakılıq və təzyiqə məruz qaldıqlarını, 8,5 faizi isə fiziki zorakılıq və təzyiqlə üzləşdiklərini bildirib.