Kosovo ilin sonuna kimi Aİ-yə üzvlük üçün müraciət edəcək

6 Dekabr 2022 16:39 (UTC+04:00)

Kosovo prezidenti Vjosa Osmani Avropa İttifaqının (Aİ) liderlərini məlumatlandırıb ki, onun ölkəsi ilin sonuna kimi birliyə üzvlük üçün müraciət edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Osmani Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkanlar Zirvəsi öncəsi mətbuat mənsublarının suallarını cavablandırıb. Tirandakı sammitdə olmaqdan məmnunluğunu ifadə edən Osmani sammiti həm Aİ, həm də Qərbi Balkanlar tərəfindən çox mühüm bir öhdəlik kimi qiymətləndirib.

Osmani özünü ölkənin ən avropa yönümlü lideri olaraq xarakterizə edərək deyib: “Biz hər bir xarici siyasət və təhlükəsizlik qərarında, atdığımız hər addımda, xüsusən də Rusiyaya qarşı sanksiyaları rədd etməkdə Aİ və Aİ-nın dəyərlərinə 100 faiz sadiqik.