İnsanın kökəlməsinə səbəb olan qidalar hansılardır? - DİYETOLOQ DANIŞDI

6 Dekabr 2022 15:09 (UTC+04:00)

"Əsrin bəlalarından biri olan artıq çəki problemini aradan qaldırmaq üçün aparılan tədqiqatlar nəticəsində insanı ən çox kökəldən qidalar müəyyən edilmişdir. İndi nəinki qadınlar, hətta kişilər də kökəlməkdən qorxurlar". Bu fikirləri SİA-ya açıqlamasında diyetoloq Sevinc Həsənzadə bildirib.

Diyetoloq qeyd edib ki, formada qalmağa çalışanlar axşam saat 18:00-dan sonra yemək yemirlər. Bəziləri isə menyusundan çörək və şirniyyatı çıxarır. Adıçəkilən qida məhsulları passiv, oturaq həyat tərzi sürən insanları kökəldə bilər. Qazlı şirin sular yüksək kalorilidir. Bu içkilər susuzluğu yatırmır və toxluq hissi yaratmır, elə bu səbəbdən çox içilir və nəticədə piylənməyə, şəkərli diabet və kariyesə səbəb olur. Qaymaq, xama, kərə yağı, yağlı pendir kimi süd məhsulları, eləcə də marqarin və mayonez də yüksək kalorili olduqlarına görə piylənməyə səbəb olurlar. Alkoqollu içkilər, şəkərli çay və qəhvə artıq çəki yaradır. Belə ki, orqanizm artıq şəkəri piyə çevirir. Ağ çörək və ağ undan hazırlanmış şirniyyatlar, xəmir xörəkləri; yağlı qırmızı və ağ ətdən hazırlanmış xörəklər, kolbasa məmulatları da kökəlməyə səbəb olur. Qaymaqlı dondurma, şokalad, kremli tortla rda bura aiddir. Hamburger, qaynayan yağda qızardılmış kartof, çips, toyuq əti və s. sürətlə çəki artırır. Bunun səbəbi fast-fud yeməklərinə, eləcə də kolbasa məmulatlarına, konservlərə və s. qatılan mononatrium-qlütomatdır .

Yuxarıda adı çəkilən qida məhsulları passiv, oturaq həyat tərzi sürən insanları kökəldə bilər. Aktiv fiziki işlə məşğul olan, qəbul etdiyi kaloriləri "xərcləyən” və saat 18.00-dan sonra yeməyən insanlar üçün kökəlmə riski yüksək deyildir.