"Xəyanətkar şuranın üzvləri qanun layihəsinə qarşı çıxırlar" - CAVİD OSMANOV

6 Dekabr 2022 12:27 (UTC+04:00)

"Xəyanətkar şuranın üzvləri bu günə kimi Fransanın və digərlərinin Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlərə qarşı reaksiya verməyiblər. Amma indi onlar qanun layihəsinə qarşı çıxırlar". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Cavid Osmanov deyib.

Cavid Osmanov sözlərinə belə davam edib: "Bu bir daha onu göstərir ki, onlar Azərbaycana Fransa və İranın gözündən baxırlar".

Ayşən Vəli