Quş qripi xəbərdarlığı

6 Dekabr 2022 12:23 (UTC+04:00)

Tayvanın Pinqtunq şəhərində quş qripinə görə 8599 toyuq məhv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tayvanın Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki quşçuluq fermasında quş qripi (H5N2) epidemiyası bölgə rəsmilərini tədbir görməyə vadar edib. Yerli səhiyyə qurumları tərəfindən 4 dekabr bazar günü təsdiqlənən quş qripi epidemiyasından sonra xəstə olduğu təsbit edilən 8 min 599 toyuq məhv edilib.