Ağ Ev və İlon Mask arasında böhran böyüyür

6 Dekabr 2022 12:17 (UTC+04:00)

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre İlon Maskın Co Baydenin oğlu haqqında "Twitter faylları" yerləşdirməsini "maraqlı təsadüf" adlandırıb və milyarderi artan nifrət cinayətindən yayındırmağa çalışmaqda ittiham edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Twitter”in yeni sahibi İlon Mask 2020-ci il prezident seçkilərindən əvvəl ABŞ prezidenti Co Baydenin komandasının tələbi ilə şirkətin keçmiş administrasiyasının Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərə senzura tətbiq etdiyinə dair sənədləri açıqlayıb.