"Prezident İlham Əliyev xarici siyasəti ilə yanaşı daxili siyasətinədə çox böyük dəyər verir" -POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

6 Dekabr 2022 12:14 (UTC+04:00)

"Dekabrın 2-sində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oğuz rayonunda Şəki-Oğuz Aqroparkının qoz məhsullarının yuyulması və təmizlənməsi zavodunun təməlini qoydu. Aqro-inkişaf 2017 MMC-nin ABŞ şirkəti ilə birgə layihəsinin 2 istehsal xətti yaradılıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb. Burada 2 min hektar bağdan, ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulur. Bu zavodda ilkin olaraq 40 nəfər işlə təmin olunacaq. Şəki-Oğuz Aqroparkının torpaq sahəsinin suvarma üsulu ilə təmin edilməsi üzrə görülmüş işlərlədə cənab Prezident tanış olub. Burada suyun çəkilməsi, onun təmizlənməsi, elektrik enerjisi ilə təmin olunması məsələlərinədə ətraflı cənab Prezident görülən işlərlə tanış olub. Aqroparkın sahəsinin suvarma suyu ilə təmin edən qurğuları işə salıb.

Eyni zamanda cənab Prezident Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi, uşaq baxçasınında açılışında olmuş və istifadəyə verilmişdir. Oğuzda eyni zamanda Oğuz kiçik su-elektrik stansiyalarının silsiləsi ilə istifadəyə verilib. Bundan əlavə olaraq cənab Prezident Şəkinin Milli Tarix-Memarlıq Qoruğunun ərazisində aparılan təmir-tikinti işləri ilə tanış olmuşdur. Şəki Xan məsçidinin kompleksi Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri olmuşdur. Ümumiyyətlə bunların hamısı onu göstərir ki, cənab Prezident İlham Əliyev xarici siyasəti ilə yanaşı daxili siyasətinədə çox böyük dəyər verir. Regionla olan səfərləri ilə görülən işlərlə tanış olur, vətəndaşların problemlərini həll etməyə çalışır. Cənab Prezidentin bu addımları ölkə iqtisadiyyatınada çox böyük təkan verəcək və yeni iş yerlərinin yaradılması ilə əhalinin işsizlik problemləri də həll olunacaq".