Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyib

6 Dekabr 2022 11:58 (UTC+04:00)

Bu gün Azərbaycan-Türkiyə birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" keçirilir.

SİA-nın xəbərinə görə, təlimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyib.

Hazırda təlim davam edir.