Bakıda ticarət mərkəzində qadına qarşı soyğunçuluq edilib

6 Dekabr 2022 11:48 (UTC+04:00)

Bakıda ticarət mərkəzində qadına qarşı soyğunçuluq edilib.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Emil Süleymanov müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.