"Ölkədə ciddi dərman qıtlığı var" - RƏŞAD MAHMUDOV

6 Dekabr 2022 11:10 (UTC+04:00)

"Son zamanlar ölkədə bəzi dərman vasitələri tapılmır. Bu həkimlər və xəstələr üçün ciddi problem yaradır. Bu dərmanların əvəzediciləri də yoxdur və pasientlərin müalicəsi gecikir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət ağırdır: "Problemi həll etmək lazımdır. Bunun üçün 3 səbəb hiss olunur. Bunlardan ikisi bizdən asılı olmayan beynəlxalq səbəblərdir. Digəri isə ölkədaxili səbəbdir.

Hər kəs problemin ciddiliyini anlayır. bununla bağlı arzu və istəklər ortaya qoyulur. Amma prob həllini tapmır. Onu da qeyd edim ki, Ukrayna-Rusiya arasında müharibə bu ölkələrdən dərman gətirilməsinə maneə olur. Dərman qiymətləri gün keçdikcə yüksəlir. Bu bütün ölkələr üçün var olan real problemdir".

Ayşən Vəli