Şamaxıda Ulu Öndərin anım tədbiri keçirilib FOTOLAR

6 Dekabr 2022 11:03 (UTC+04:00)

05 dekabr 2022-ci il tarixdə Şamaxı rayon 50 saylı Şəhriyar qəsəbə Ərazi Partiya Təşkilatında Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirə başlamazdan öncə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.Tədbiri giriş sözü ilə açan Şəhriyar qəsəbə tam orta məktəbin direktoru Nuranə Məmmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradılıb. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün müdrik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur. Daha sonra Şamaxı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialının rektor müavini Şəlalə Seyidova və şəhid anası Güllü Babaşova Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışdılar. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verdilər. Onlar qeyd etdilər ki, məhz Heydər Əliyevin sayəsində sivilizasiyalı, demokratik və hüquqi cəmiyyət qurulmuş, yeni konstitusiya qəbul edilmiş, Azərbaycan Avropa şurasının üzvlüyünə daxil olmuşdur.Sonda Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu il dönümünə həsr olunmuş bədii səhnə tədbir iştirakçılarına nümayiş olunmuşdur.