Ötən gün yol qəzalarında 4 nəfər ölüb - DİN

6 Dekabr 2022 10:23 (UTC+04:00)

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.