"Meta"dan ABŞ-a xəbər məzmununu silmək təhlükəsi

6 Dekabr 2022 10:18 (UTC+04:00)

“Meta” sosial media platforması “Facebook”da paylaşılan xəbər məzmununa görə ödənişlə bağlı qanun qəbul olunarsa, ABŞ-da xəbər məzmununu tamamilə silməklə hədələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avstraliyada qəbul edilən oxşar qanun keçən il "Facebook"da xəbərlərin qısa müddətə dayandırılmasına səbəb oldu. Yeni Zelandiya həmçinin "Alphabet Inc"in "Google" və "Meta" ("Facebook") kimi böyük onlayn rəqəmsal şirkətlərin Yeni Zelandiya media şirkətlərinə yerli xəbər məzmunlarına görə ödəniş etmələrini tələb edən qanunu qəbul edəcəyini söylədi.