Braziliya millisi dünya çempionatları tarixində iki rekorda imza atıb

6 Dekabr 2022 09:40 (UTC+04:00)

Futbol üzrə Braziliya millisi dünya çempionatlarının tarixinə düşüb.

SİA-nın məlumatına görə, "sambaçılar" buna Qətərdə keçirilən mundialın 1/8 finalında Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gəlməklə nail olublar.

Cənubi Amerika təmsilçisi turnirlərdə keçirdiyi oyunların (113) və vurduğu qolların (236) sayına görə Almaniyanı keçərək liderliyə yüksəlib. Bundestim yarışla qrup mərhələsində vidalaşıb.

DÇ-2026-yadək hansısa komanda Braziliya millisini keçə bilməyəcək. Amma Argentinanın üçüncü sıraya yüksəlmək şansı var.