Argentinada yeni dinozavr növünün qalıqları tapılıb

6 Dekabr 2022 08:34 (UTC+04:00)

Argentinalı paleontoloqlar planetdə 70 milyon il əvvəl yaşamış kiçik dinozavrların yeni növünü aşkar ediblər. SİA xəbər verir ki, bu barədə Argentinanın Milli Elmi və Texniki Tədqiqatlar Şurası (CONICET) məlumat yayıb.

CONICET-in alimləri yeni dinozavr növünün qalıqlarını Heneral-Roka şəhərindən cənubunda yerləşən Salitral-Moreno yaşayış məntəqəsi yaxınlığında tapıblar. 2-3 metr uzunluğa malik bu dinozavrlar təxminən 70 milyon il əvvəl, yəni Təbaşir dövrünün sonunda Argentina Pataqoniyasında yaşayıb.