3 azyaşlı qardaş yol qəzasında xəsarət alıb

6 Dekabr 2022 07:19 (UTC+04:00)

Bakı şəhəri Sabunçu rayonunda 3 azyaşlı qardaş yol qəzasında xəsarət alıb. SİA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü Yadigarov Ramiz Pərviz oğlu, 2018-ci il təvəllüdlü Yadigarov Raul Pərviz oğlu və 2019-cu il təvəllüdlü Yadigarov Renat Pərviz oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.