Aktrisa makiyajsız fotosunu paylaşıb - FOTO

6 Dekabr 2022 04:30 (UTC+04:00)

Türkiyəli aktrisa Zeynep Alkan makiyajsız fotosunu paylaşıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, rejissor Hamdi Alkanın qızı Zeynep Alkan sosial media hesabında makiyajsız fotosunu paylaşıb.

Üzündə sızanaq problemi olduğunu bildirən Alkan bu səbəbdən heç bir zaman effektsiz və makiyajsız şəkil paylaşmadığını bildirib: "Heç bir zaman makiyajsız və ya effektsiz şəkil paylaşmamışam. Hazırda müalicə prosesindəyəm. Özümə inamım sıfırdır, çölə çıxmaq belə istəmirəm, amma hamımızda sızanaqlar ola bilər. Gözəllik üzdə deyil, qəlbdə və daxildədir. Bu, hazırda mənim reallığımdır”, - deyə o bildirib.