BMT komissarı 4 gün Ukraynada qalacaq

6 Dekabr 2022 03:18 (UTC+04:00)

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk Ukraynaya rəsmi səfəri çərçivəsində Buça və İrpen şəhərlərində olub. SİA xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Türkün Ukrayna hökumətinin dəvəti ilə bu ölkəyə 4 günlük səfər etdiyi bildirilir.

BMT nümayəndəsi bir çox ukraynalıların bu qışı çətin keçirdiklərini, ölkə ərazisində elektrik enerjisi və qazın verilməsində fasilələrin yarandığını vurğulayıb.

F.Türk səfər çərçivəsində Kiyevə və bu vilayətdəki yaşayış məntəqələrinə baş çəkəcək. Onun Xarkov, İzyum, Ujqorod şəhərlərinə gedəcəyi də gözlənilir.