Rusiya aerodromuna PUA hücumunun peyk görüntüləri yayıldı

6 Dekabr 2022 02:24 (UTC+04:00)

Ukrayna ordusunun Rusiya Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumunun peyk görüntüləri yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, görüntüləri İsrailin “ImageSat International” peyk şirkəti aşkarlayıb.

Qeyd edək ki, Rusiyaya məxsus 2 təyyarənin vurulması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 4-ü isə yaralanıb.