Bu şəxslərə günəbaxan tumlarını yemək olmaz - BİLMƏNİZ VACİBDİR

6 Dekabr 2022 06:50 (UTC+04:00)

Günəbaxan tumları sağlamlıq üçün çox faydalı məhsuldur. Onların tərkibində müxtəlif vitamin və minerallar, yağlı turşular var. Lakin tumları qızardılmış deyil, çiy halda yemək lazımıdr. Qızardılmış tumların tərkibində faydalı maddələrin miqdarı kəskin azalır. SİA bildirir ki, mütəxəssislər dükanlarda satılan hazır qızardılmış tumları alıb yeməyi tövsiyə etmirlər. Bu tumların tərkibində ürək, böyrəklər, sümük toxumasına mənfi təsir edən kadmiy ola bilər. Mütəxəssislər bazarda açıq şəkildə satılan tumları almağı, onları yaxşı yuyub qurutmağı və yalnız sonra çiy şəkildə (!) yeməyi tövsiyə edirlər. Tumları salat və kəsmiyə də əlavə etmək olar. Gün ərzində 1 ovuc tum yemək olar.

Tumları dişlərinizlə təmizləməyin. Bu diş emalına çox mənfi təsir edir.

Həmçinin bəzi xəstəliklər və pozulmalar zamanı günəbaxan tumlarını yemək olmaz.

Belə ki, mədə-bağırsaq sistemi xəstəlikləri (mədə xorası, qastrit) zamanı günəbaxan tumlarının istehlakı arzuolunmazdır.

Tumların çoxlu miqdarda qəbulu mədə qıcqırmasına səbəb olur.

Tumlar səs tellərinə mənfi təsir edir. Səs tellərinizdə problemlər varsa, tumlardan imtina edin. Müğənnilər, müəllimlər və s. səs tellərindən "alət" kimi istifadə edənlər də günəbaxan tumlarından uzaq durmalıdır.