Luis Enrike İspaniya yığmasından gedəcək

6 Dekabr 2022 02:03 (UTC+04:00)

İspaniya millisinin baş məşqçisi Luis Enrike dünya çempionatı başa çatdıqdan sonra istefa verəcək. SİA-nın xarici mediaya istinadla xəbərinə görə, o, müqaviləni yeniləməkdən imtina edib.

İspaniya yığmasının baş məşqçi postuna əsas namizədlərdən biri daha əvvəl "Sevilya", "Valensiya", "Vilyarreal" və "Atletik Bilbao"da çalışmış Marselino Toraldır. Luis Enrikenin rəhbərliyi altında İspaniya millisi Avro-2020-nin yarımfinalına yüksəlib.

Dünya çempionatının 1/8 finalında ispanlar dekabrın 6-da Mərakeş yığması ilə qarşılaşacaqlar.