"Hazırda stansiya Rusiya ərazisində yerləşir" - Mariya Zaxarova

6 Dekabr 2022 01:18 (UTC+04:00)

“Zaporojya AES-in Rusiyanın nəzarətindən çıxarılmasından və ya ona nəzarətin hansısa üçüncü tərəfə verilməsindən söhbət gedə bilməz”. SİA xəbər verir ki, bunu “RİA Novosti” yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, hazırda stansiya Rusiya ərazisində yerləşir və tamamilə Rusiyanın nəzarətindədir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi daha əvvəl bildirmişdi ki, Zaporojya AES-in ərazisindən silahların çıxarılması Kiyev və Moskva arasında agentliklə imzalanmış razılaşmanın tərkib hissəsi olacaq.