"Ronaldo üçün konkret plan hazırlamayacağıq" - BAŞ MƏŞQÇİ

6 Dekabr 2022 01:05 (UTC+04:00)

“Hər şey hazırdır, bütün oyunçular yaxşı formadadır, bütün zədələr sağalıb. Bu tarix yazmaq üçün bir fürsətdir. Biz güclüyük və bu matçı səbirsizliklə gözləyirik. İsveçrə millisindən gözləntilər hər gün artır". SİA "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2022-nin 1/8 finalında Portuqaliya ilə oyun öncəsi deyib.

"Qarşıdan gələn görüşə hazırlaşırıq. Kriştiano Ronaldonun rəqibə necə təsir etdiyini bilirik , lakin onun üçün konkret plan hazırlamayacağıq. Meydanda taktikamızı görəcəksiniz” - deyə o bildirib.

Qeyd edək ki, sabah keçiriləcək Portuqaliya - İsveçrə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.