Müdafiə naziri Türkiyəyə səfər edəcək

6 Dekabr 2022 00:01 (UTC+04:00)

Finlandiya müdafiə nazirinin Türkiyəyə səfərinin vaxtı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki,Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvəti ilə dekabrın 7-8-də müdafiə naziri Antti Kaikkonen Ankaraya işgüzar səfər edəcək.

Müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlük prosesini, ümumi təhlükəsizlik məsələlərini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Müdafiə naziri Kaikkonen Anıt qəbirdə Atatürkün məqbərəsinə əklil qoyacaq.