Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb

6 Dekabr 2022 00:17 (UTC+04:00)

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb. SİA-nın Qərb bürosunun məlumatına görə, yolun buz bağlaması avtomobillərin hərəkətinə maneə olub və qismən tıxac yaranıb.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.