Qarışıq komanda yarışlarının qalibi bəlli olub

5 Dekabr 2022 23:27 (UTC+04:00)

Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatında qarışıq komanda yarışlarının qalibi bəlli olub. SİA xəbər verir ki, finalda “Atilla İdman Klubu İdman Birliyi 1" komandasına 4:3 hesabı ilə qalib gələn “Neftçi İdman Klubu 1” qızıl medallara sahib çıxıb.

Bürünc medal uğrunda görüşlərdə isə “Kanokan TT” İdman Klubu "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-i 4:0, “Neftçi İdman Klubu 2” isə “Atilla İdman Klubu İdman Birliyi 2”ni 4:1 hesabı ilə məğlub edib.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

1. Neftçi İdman Klubu 1
2. Atilla İdman Klubu İdman Birliyi 1
3. “Kanokan TT” İdman Klubu
3. Neftçi İdman Klubu 2
5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
5. Atilla İdman Klubu İdman Birliyi 2
7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi
7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi

Qeyd edək ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar 48 kq, 57 kq və +70 kq çəki dərəcələrində, kişilər isə 73 kq, 90 kq və +90 kq çəkilərdə güclərini sınayıblar.