Samir Bağırovun yeni görüntüləri ortaya çıxıb - FOTO

6 Dekabr 2022 01:45 (UTC+04:00)

Azərbaycanın tanınmış müğənnisi Samir Bağırovun yeni görüntüləri ortaya çıxıb. SİA xəbər verir ki, S. Bağırovun fotolarını aparıcı Hacı Nuran sosial media hesablarında paylaşıb. "Samir Bağırov, hər zaman yanındayam”, - deyə Hacı Nuran yazıb.

Qeyd edək ki, bir müddət əvvəl S. Bağırovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia olunmuşdu.