Məşhur aparıcının atası qəzada öldü - FOTOLAR

6 Dekabr 2022 00:41 (UTC+04:00)

Türkiyənin məşhur model və aparıcısı Özge Ulusoya ağır itki üz verib. SİA xəbər verir ki, Ulusoyun atası Heydər Ulusoy Ankarada yol qəzasında dünyasını dəyişib.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, qəza dünən Ankaranın Çankaya rayonunda baş verib. Qəzada ağır yaralanan 73 yaşlı Heydər Ulusoy bütün müdaxilələrə baxmayaraq, axşam saatlarında dünyasını dəyişib.