Rusiya PUA-larından qorunmaq üçün xüsusi sistem quruldu

5 Dekabr 2022 23:06 (UTC+04:00)

Estoniya Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarının (PUA) monitorinqi üçün xüsusi sistemi quracaq. SİA xəbər verir ki, PUA sistemi ilə yanaşı, İda-Virumaa mahalında 15 radar da yerləşdirəcək.

Bildirilib ki, bu günə qədər Narva vilayətində Rusiya ilə çay sərhədi kifayət qədər monitorinq avadanlığı ilə təchiz olunmayıb. Bu da sərhədçilərə sərhəd zonasında baş verənlər barədə tam məlumat almağa imkan vermir.