ABŞ Ukraynaya kələk gəldi

5 Dekabr 2022 23:03 (UTC+04:00)

ABŞ Ukrayna rəhbərliyindən gizli şəkildə HIMARS raket sistemlərinin atəş məsafəsini azaldıb. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, amerikalılar atəş məsafəsini azaltmaq üçün HIMARS raket sistemlərini dəyişdirib. Bu addım Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəfləri vurmaq üçün reaktiv sistemlərdən istifadə edə bilməməsi məqsədilə atılıb.

Pentaqonun, Ağ Evin və Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri WSJ-nin məlumatlarını şərh etməkdən imtina ediblər.