Kuleba Qərbə müraciət edib

5 Dekabr 2022 22:28 (UTC+04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Tvitter” hesabında Qərb ölkələrinin liderlərinə müraciət edərək Kiyevə mümkün qədər çox silah tədarük etməyə çağırıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Bazar ertəsi, dekabrın 5-də Rusiya ordusunun Ukraynanın kritik infrastrukturuna bir sıra zərbələr endirdiyini deyən Kulebanın fikrincə, Rusiya infrastruktura nə qədər çox zərbə vurursa, Ukraynaya bir o qədər çox silah verilməlidir.

Qeyd edək ki, Kuleba da Kiyevə daha çox uzaqmənzilli silahlar verilməsini istəyib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolsa Moskvanın Ukrayna ərazisindəki mühüm hədəflərə niyə hücum etdiyini izah edib.

Belə ki, Putin buna Kiyevdən gələn terror aktları və təxribatların səbəb olduğunu göstərib.

Sizi bilmirəm, amma mən inanmaq istərdim, amma Ukraynanın Kiyevdən başqa digər əyalət şəhərlərinin bombalanmasın buna imkan vermədi.

Ağasəf Babayev