Allanın başında “göz yaşları” varmış?..

5 Dekabr 2022 22:09 (UTC+04:00)

Deyirəm, mövzu özü gəlib rus saytlarını tapır.

Budur, yazırlar ki, guya Alla Puqaçovanın böyük bir parik kolleksiyası olsa da, amma o İsraildəki hansısa bir tamaşanın premyerasına pariksiz gəlib.

Nə bilmək olar, bəlkə unudub elə Rusiyada qoyub?

Amma SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Alla Borisovna pariksiz olsa da, amma pis geyinməyibmiş. Bunu da rus saytları yazıb: qara yubka, ağ pencək, özü də qar kimi ağappaq...

Yenə də rus saytlarının yazdığına inansaq, guya parik olmadan Alla Borisovnanın əvvəlki Alla Borisovnaya bənzəmir.

Deyim ki, saytlar (yenə də rus saytları-A.B.) bu dar məqamda imkan tapıb Alla Borisovnanın əvvəlki gur saçları barədə danışmağa mütəxəssis də tapıblar. Belə ki, onların tanınmış stilist kimi təqdim etdikləri Corc Rovals Allanın

saçlarının uzanmağı artıq dayandırdığını və burada tibbin aciz olduğunu bildirib.

Stilist onu da deyib ki, indi Puqaçovanın başında “göz yaşları” var, ona görə də yalançı saçlar onu vəziyyətdən xilas edir.

Sizi bilmirəm, amma mənə elə gəlir ki, bu stilist hər kimdirsə bəzi rusların xoşuna gələcək.

Nazlı