Qusarda yanan evdən meyit aşkar edilib

5 Dekabr 2022 21:58 (UTC+04:00)

Qusar şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.