Deyəsən, Konaşenkov bu dəfə düzünü deyir

5 Dekabr 2022 21:39 (UTC+04:00)

Ukrayna ordusunun Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi ölüb, dörd nəfər isə yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiz Nazirliyi məlumat yayıb.

"Texniki heyətdən 3 nəfər ölüb, 4 nəfər yaralı vəziyyətdə hospitala çatdırılıb. Onlara lazımi yardım göstərilir” – deyə Rusiya Müdafiz Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.