Ukraynada rekord həcmdə odun ehtiyatı toplanıb

5 Dekabr 2022 21:00 (UTC+04:00)

Ukraynanın Meşə Ehtiyatları üzrə Dövlət Agentliyi rekord həcmdə odun ehtiyatı hazırlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda ölkə üzrə ümumi odun ehtiyatı 260 min kubmetrə çatıb. Noyabrın ortalarında bu göstərici təxminən 187 min kubmetr idi. Tələb təklifi xeyli üstələdiyi üçün dekabrda daha 314 min kubmetr odun tədarük olunması planlaşdırılır. Ümumilikdə isə meşə təsərrüfatları ilin sonunadək ölkə daxilində 1,1 milyon kubmetr odun satmağı planlaşdırır.

Noyabrın 25-də Ukrayna hökuməti yanacaq üçün istifadə oluna biləcək odunun ixracına qadağa qoyub. Baş nazir Denis Şmıqalın sözlərinə görə, Rusiya Ukraynanın enerji sisteminə ciddi zərər vurduğu üçün odun bir çox ərazilərdə əsas istilik resursuna çevrilib.