Kolumbiyada topraq sürüşməsi baş verib

5 Dekabr 2022 20:42 (UTC+04:00)

Sürüşmə nəticəsində torpaq kütləsinin yola tökülməsi Kolumbiyanın Risaralda departamentində çox sayda insan tələfatına səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kolumbiya Prezidenti Qustavo Pedro Tvitterdə bildirib.

“Təəssüflə bildirmək istəyirəm ki, Risaraldada ölənlərin sayı 27 nəfərə çatıb. Onlardan üçün uşaqdır” – deyə prezident qeyd edib.

Bir müddət sonra “El Tiempo” saytı torpaq kütləsinin avtobusun üstünə tökülməsi nəticəsində ölənlərin sayının otuzu keçdiyini bildirib.