Siirt şəhərində terror təşkilatı PKK-ya qarşı əməliyyata start verilib

5 Dekabr 2022 19:24 (UTC+04:00)

Türkiyənin Siirt şəhərində separatçı terror təşkilatı PKK-ya qarşı "Eren Abluka Sonbahar-Kış-15” antiterror əməliyyatı başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror təşkilatı PKK-nın ölkə gündəmindən çıxarılması və bölgədə sığındığı hesab edilən terrorçuların zərərsizləşdirilməsi üçün Siirtdə yeni əməliyyat başlayıb.

533 şəxsi heyətin iştirak etdiyi əməliyyatın ilk günündə 1 AK-47 piyada tüfəngi, 270 AK-47 tüfəng patronu, 4 AK-47 tüfəng darağı, 4 kiloqram narkotik maddə, 1 generator, 2 bel çantası, 2 yataq çantası və 13 ədəd akkumulyator ələ keçirilib.