Kliniki Tibbi Mərkəzdə təlim-simulyasiya mərkəzi yaradılıb

5 Dekabr 2022 18:19 (UTC+04:00)

Kliniki Tibbi Mərkəzin (KTM) tibbi fəaliyyətini genişləndirmək üçün Cənubi Qafqazın ən böyük təcili yardım şöbəsi yaradılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediatur zamanı müsahibəsində deyib.

“Eyni zamanda xəstəxanada kadr potensialının mükəmməl olması üçün mərkəzə xaricdə təhsil alan və Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən həkimlər cəlb edilib. Kadrların peşəkarlığının artırılması üçün təlim-simulyasiya mərkəzi yaradılıb və mütəmadi olaraq orada təlimlər keçirilir. Görülən işlər yalnız ona xidmət edir ki, xəstələrin məmnuniyyəti artsın, tibbin əlçatanlığı yaxşılaşsın və ən yüksək keyfiyyətli tibbi xidmət göstərilsin”, - deyə K.Ələkbərov bildirib.