“H&M” satış şirkəti daha ruslara heç nə satmayacaq, çünki...

5 Dekabr 2022 17:49 (UTC+04:00)

Bu arada İsveçin pərakəndə satış şirkəti olan “H&M” Rusiyadakı bütün mağazalarını bağlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” nəşri xəbər verir.

Qeyd edək ki, brend nümayəndələri bütün mağazaların bağlanmasını təsdiqləyiblər. Qeyd edək ki, bağlanana qədər Rusiyada pərakəndə satış şirkətinin ümumilikdə 172 satış məntəqəsi fəaliyyət göstərib. (...mən çox demirəm, elə hər mağazadan 3 yerli rusun işsiz qalmasını özünüz təsəvvür edin-A.B.)

Xatırladaq ki, hələ iyul ayında H&M, əməliyyat problemləri və qeyri-sabit siyasi vəziyyət fonunda Rusiyadakı biznesini dayandırdığını elan etmişdi. Onu da qeyd qdək ki, H&M Group-un baş direktoru Helena Helmersson rusiyalı əməkdaşlara işlərinə görə təşəkkür edib.

Yeri gəlmişkən, noyabr ayında ruslar H&M-in yerli brend mağazaları ilə əvəzlənəcəyi xəbəri veriblər.

Deyim ki, elə burada deyirlər ey, “gəl apar, ay kasıb”.

Ağasəf Babayev