ABŞ İrana qarşı hərbi güc tətbiq etmək ehtimalına icazə verdi

5 Dekabr 2022 17:31 (UTC+04:00)

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli İslam Respublikasına qarşı hərbi güc tətbiqini istisna etməyib. Halbuki, Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmasında diplomatik yollara üstünlük verir.

Qeyd edək ki, SİA bu barədə xarici saytlara istinad edir.

Beləliklə, Mallinin sözlərinə görə, hərbi həll ABŞ prezidenti Cozef Baydenin istədiyi kimi deyil. Ancaq bütün digər variantlar uğursuz olarsa, sonuncu variant kimi, hərbi variantdan istifadə edilə bilər.

Malliyə görə, Bayden bunu açıq şəkildə “biz İranın nüvə silahına malik olmasına icazə verməyəcəyik”-deyə bəyan edib.

İran üzrə xüsusi nümayəndə ABŞ-ın guya həmişə diplomatiyaya üstünlük verdiyini bildirib. Mallinin fikrincə, İran həqiqətən razılaşmaya qayıtmaq istədiyini nümayiş etdirmir. İndi isə diqqətimizi çəkdiyimiz daha iki kritik amil ortaya çıxıb. Bu da, Rusiyaya hərbi yardım və dinc etirazların vəhşiliklə yatırılmasıdır.

Bunları deyən Malli, hazırda ABŞ-ın əsas məqsədinin iranlıların hüquq və əsas azadlıqlarını dəstəkləmək, sanksiyaların tətbiqi ilə onlara kömək etmək olduğunu bildirib.

Eyni zamanda o, iranlıların xarici dünya ilə əlaqə qura bilmələri üçün texnoloji sanksiyaların yüngülləşdirildiyini də qeyd edib.

Malli, həmçinin Amerika tərəfində İranın Rusiya Federasiyasına raketlər təhvil verilməsi, habelə Rusiyada İran pilotsuz təyyarələrinin istehsalı xəttinin işə salınmasını nəzərdən keçirdiyi barədə məlumatlar olduğunu da gizlətməyib.

Ağasəf Babayev