"50 mindən çox ağac əkilib" - QURUMDAN AÇIQLAMA

5 Dekabr 2022 17:24 (UTC+04:00)

"Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir". Bu fikirləri SİA-ya açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, son beş gündə ölkənin meşə fondu ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib:

“Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Sabirabad, Masallı, Lənkəran, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında keçirilib və 8 mindən artıq müxtəlif növ ağac əkilib, 770 kiloqram toxum səpilib”.