ABŞ-da elektrik şəbəkəsinə hücum edilib

5 Dekabr 2022 17:18 (UTC+04:00)

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 45 min insanın işıqsız qalmasına səbəb olan hücumdan sonra rayonda fövqəladə vəziyyət elan edilib. Talan və oğurluğun qarşısını almaq məqsədilə rayon ərazisində axşam saat 21-dən səhər saat 5-ə kimi komendant saatı tətbiq olunur.

Federal kəşfiyyatın istintaq başlatdığı hadisəni törədənlərə dair məlumat verilməyib.

Bildirilir ki, elektrik şəbəkəsinin bərpa fəaliyyətləri cümə axşamına qədər davam edə bilər.