Nigeriyalı qaçqınlar evlərinə qayıdırlar

5 Dekabr 2022 16:57 (UTC+04:00)

Nigeriya Qurbanlarına Dəstək Fondunun (VSF) rəhbəri Laval Alao bu barədə açıqlama verib: “Borno əyalətinin Martte bölgəsində təhlükəsizlik bərpa edildiyi üçün 6 il əvvəl bu əraziləri Boko Haramın törətdiyi terror aktları səbəbindən tərk edərək Kamerun və Niger kimi qonşu ölkələrə sığınan 5704 qaçqın evlərinə qayıdıb. Onlar hökumət tərəfindən tikilən binalarda yerləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Nigeriyada 2000-ci illərin əvvəllərində qruplaşmağa başlayan “Boko Haram”-ın 2009-cu ildən sonra törətdiyi qanlı hücumlar nəticəsində 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.

Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb.