Dr.Nigar Məmmədova Türkiyədə ustad dərslərində iştirak edib

5 Dekabr 2022 16:54 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nigar Məmmədova 2-4 dekabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Amerika Davamlı Tibb Təhsili Assosiasiyasının və Qadın Estetik Genital Akademiyasının təşkilatçılığı ilə keçirilən “İnvaziv və qeyri-invaziv Funksional Kosmetik Ginekologiya” mövzusunda ustad dərslərində iştirak edib. SİA xəbər verir ki, ustad dərslərinin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.