Həftəsonu yol qəzalarında 5 nəfər ölüb- DİN

5 Dekabr 2022 10:05 (UTC+04:00)

Həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 3-4-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.