Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

5 Dekabr 2022 09:15 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 5 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.7989 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0912 manat, 1 Rusiya rublu 0.0275 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6296 manatdır.