Bakıda körpüdən aşan avtomobil yanıb

5 Dekabr 2022 09:02 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda "Ford" markalı minik avtomobili körpüdən aşıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.