"Altın Kelebek"in qalibləri bu azərbaycanlılar oldu

5 Dekabr 2022 03:55 (UTC+04:00)

Bu gün Türkiyədə "Altın Kelebek” mükafatlandırma mərasimi baş tutub. SİA xəbər verir ki, mərasimdə Azərbaycanı təmsil edən sənətçilər yer alıb.

Tədbirdə Azərbaycanın parlayan ulduzları qismində çıxış edən Ayaz Babayev, Nazryn və Turanə Hüseynlinin hər biri mükafata layiq görülüb.

"Altın Kelebey”i onlara daha əvvəl iki dəfə bu mükafata layiq görülən Xalq artisti Röya Ayxan təqdim edib.