“Formula 1”in qalibi vəfat edib

5 Dekabr 2022 02:21 (UTC+04:00)

“Formula 1” yarışlarının fransalı pilotu Patrik Tambe vəfat edib. SİA xəbər verir ki, bu barədə onu çıxış etdiyi “Ferrari” komandası “Twitter”də məlumat yayıb.

Keçmiş idmançı 73 yaşında dünyasını dəyişib. Bildirilir ki, ona Parkinson xəstəliyi diaqnozu qoyulub.

Tambe 1977-1979 və 1981-1986-cı illərdə “Formula 1”də yarışıb. O, iki Qran Prini qazanıb: 1982-ci ildə Almaniyada və 1983-cü ildə San Marinoda qalib olub.

Bundan əlavə, yarışçı 11 dəfə mükafat alıb.